?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası davam edir

img

06-05-2011 [06:37]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turları 4 işğal olunmuş rayonun - Şuşa, Qubadlı, Laçın, Xocavəndin gəncləri arasında keçirilib. Bakı rayonlarında Səbail, Yasamal rayonlarında seçim turları yekunlaşıb. Bundan başqa artıq üç istiqamətdə Azərbaycanın rayonlarında səfərdə olan işçi qrupları artıq şimal-qərb bölgəsində Ağstafa, Qazax, cənub bölgəsində isə Astara, Lənkəran, Beyləqan gəncləri ?Vətəni tanı? Ümumrespublika kampaniyasında iştirak ediblər. Mayın 5-də Şuşa rayonu üzrə seçim turu Bakı şəhəri, Fatmai qəsəbəsində məskunlaşmış məcburi köçkün gənclərin təhsil aldıqları 9 saylı məktəbdə baş tutdu. Tədbirin açılış mərasimində Milli Şuranın Baş katibi Orxan Ərəbov çıxış edərək bildirib ki. Bu Kampaniyanın keçirilməsi ölkə gəncləri arasında vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edəcək. Elə həmin gün Ağstafa şəhəri 1 saylı məktəbdə adıçəkilən rayon üzrə seçim turu baş tutub. Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayev seçim turunu həyata keçirən işçi qrupuna rəhbərlik edən Heydər Atayev tədbirin açılış mərasimində bildirib ki, Kampaniya bütün Azərbaycanı əhatə edəcək və əsas məqsəd ölkəmizin ərazi bütövlüyü məsələsini bir daha qabartmaqdır. ?Vətəni tanı? Ümumrespublika Kampaniyasının növbəti seçim turu Astara şəhəri 2 saylı məktəbdə keçirilib. Milli Şuranın katibliyinin nümayəndəsi Ziya Ağayev açılış mərasimində bildirib ki, hər bir Azərbaycan gənci ölkəmizin tanıdılması istiqamətində əlindən gələn bütün işləri görməlidir. Tədbirdə çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərzə Əliyev bildirib ki, gənclərimizin inkişafında bu layihə çox önəmlidir. Çıxış edən Rəsul Nəsirov qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizin tarixini, coğrafiyasını bilməli, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar. Mayın 6-da Kampaniyanın seçim turları davam edib. İlk tədbir Qazax rayonu 1 saylı məktəbdə keçirilib. Eyni zamanda digər işçi qrupları müvafiq olaraq Lənkaran şəhəri 6 saylı məktəbdə seçim turunu keçiriblər. Beyləqan rayonunda olan işçi qrupu isə həmin rayonun gəncləri arasında seçim turunu həyata keçirib. Eyni zamanda Beyləqanda məskunlaşmış Xocavənd məcburi köçkün gənclər də ?Vətəni tanı? Ümumrespublika kampaniyasının iştirakçısı olublar. İşğal altında olan Qubadlı və Laçın rayonlarından olan gənclər də kampaniyada iştirak ediblər. Sumqayıt şəhərində yerləşən 1 saylı Qubadlı məktəbində baş tutan tədbiri giriş sözü ilə açan Kampaniyanın kordinatoru Natiq Nəsirov bildirib ki, bu Kampaniyanın əsas hədəflərindən biri ölkəmizin inzibati ərazi vahidlərinin gənclərimizə öyrədilməsinə yardımçı olmadır. Elə həmin gün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 46 saylı Laçın məktəbində həmin rayondan olan gənclər seçim turunda iştirak ediblər. Qeyd edək ki, Bakı rayonları üzrə keçirilən zona turlarında hər rayon üzrə 300 gənc, digər regionlarda isə hər birində 150 gənc iştirak edib. Bununla da ?Vətəni tanı? Ümumrespublika Kampaniyasında əhatə olunacaq 12.000 ( on iki min) gəncdən 2000-i artıq kampaniyada iştirak edib. Bunlardan bir qismi keçməcələrdən ( puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı olan miras.az saytında olan elektron formadakı xəritəni toplayıb. Artıq hər iki istiqamət üzrə Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA