Milli Məclis iki neft sazizini təsdiqləyib

img

06-05-2011 [05:41]


Milli Məclisin bu gün keçirilmiş iclasında iki neft sazişi təsdiq edilib. Əvvəlcə ?Xəzər dənizinin Azərbaycan sektorunda ?Şəfəq-Asiman? dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında? Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, bp Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Saziş layihəsi müzakirə olunub. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib ki, ötən il oktyabrın 7-də imzalanmış bu sənəddə Azərbaycan dövlətinin mövqeyi və maraqları yüksək səviyyədə qorunur. Sazişə əsasən, tərəflərin hər biri 50 faiz paya malikdirlər. Sənaye hasilatına başlanma gününədək mühəndis-texniki işçilərin 50-70 faizini, fəhlələrin isə 80 faizini, hasilata başlandıqdan 5 il sonra isə müvafiq olaraq 90-95 faizini azərbaycanlılar təşkil edəcəklər. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış ?Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında? Saziş layihəsi müzakirə olunub. Bildirilib ki, sənədə əsasən ONŞ 25 faiz, UQE LANSER PTİ.LTD 75 faiz paya malik olacaqlar. Bu layihənin həyata keçirilməsində də azərbaycanlı işçilərin sayı 70-95 faiz arasında olacaq. Müzakirələr zamanı çıxış edən deputatlar hər iki sənədin peşəkar formada hazırlandığını vurğulayıblar. Bildirilib ki, hər iki saziş Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Layihələrin reallaşdırılmasının ölkə iqtisadiyyatının inkişafına təkan verəcəyi də xüsusi qeyd edilib. Müzakirələrdən sonra qanun layihələri səs çoxluğu ilə təsdiq olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA