?Ali təhsil haqqında? qanun layihəsinin Milli Məclisin payız sessiyasında qəbulu gözlənilir

img

06-05-2011 [02:33]


Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda ?Ali təhsil haqqında? qanun layihəsinin də üzərində iş gedir: ?Bu qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması və qəbul edilməsi gözlənilir?. Müəllimlərin işə qəbullunun imtahan əsasında aparılması barədə suala cavabında Ş.Hacıyev bildirib ki, müəllimlərə dövlət qulluqçusu statusu verilsə, işə qəbulla bağlı müsabiqə keçirilməsi lazımdır. Suallara cavabında komitə sədri Azərbaycanda distant təhsilə keçidlə bağlı müəyyən işlər görüldüyünü, amma distant təhsilə keçidin qiyabi təhsilin ləğvi demək olmadığını da açıqlayıb: ?Bu gün Azərbaycanın bəzi təhsil müəssisələrində distant təhsil mərkəzləri fəaliyyət göstərir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA