Fövqəladə Hallar Nazirliyinin qarzısında eitrazçılar toplazıb

img

06-05-2011 [01:37]


Mayın 6-da Hacıqabulun Nəvahi kəndinin 100-dən çox sakini Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıb. Onlar ötən ilin Kür daşqınları zamanı ziyan çəksələr də evlərinin bərpası ilə bağlı heç bir addım atılmadığından şikayətləniblər. Sakinlərin AzadlıqRadiosuna dediyinə görə, onlar artıq 6-cı dəfədir nazirliyin qarşısına toplaşır ancaq problemləri hələ də həllini tapmayıb. Bu gün isə nazirliyin rəsmiləri bildiriblər ki, təxminən 20 gündən sonra adı çəkilən kəndə komissiya göndəriləcək. Yalnız bundan sonra sakinlər dağılışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA