ilham Əliyev və isa Qəmbərə müraciət edildi

img

06-05-2011 [01:28]


MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, partiyanın Demokratiya Uğrunda İttifaqda fəaliyyəti, MQP başqanı Vüqar Bəyturanın Türkiyə səfərinin nəticələri və cari məsələlər müzakirə edilib. MQP liderinin Türkiyə səfərinin nəticələrini qənaətbəxş qiymətləndirəm MQP Siyasi Şurası Vüqar Bəyturanın təklifi ilə Azərbaycan Demokratik Cumhuriyyətinin banilərindən olan Məmmədəmin Rəsulzadənin Əsri qəbristanlığındakı məzarının durumu ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Müsavat Partiyasının başqanı İsa Qəmbərı müraciət ünvanlayıb. Dövlət başçısına müraciətdə deyilir:?Azərbaycanın istiqlaliyyət qazanmasında və ADC-nin qurulmasında müstəsna rolu olan bir dövlət adamının məzarının öz ölkəsinə köçürülməsi ilə bağlı qərarın verilməsi Azərbaycan dövlətinin öz tarixi şəxsiyyətlərinə sahib çıxma nümunəsi ola bilər. Bu gün Azərbaycan torpağında əbədi uyumaq haqqı Azərbaycanı canından çox sevən bir liderin haqqıdır. Qardaş Türkiyənin Əsri qəbristanlığındakı məzarına da təəsüf olsun ki, Azərbaycan dövlətinin diqqəti də hiss olunmur. Azərbaycan dövləti özünü 1918-ci ildə qurulan ADC-nin varisi elan edibsə, Rəsulzadəyə ögey münasibət göstərməməlidir?. Müsavat başqanı İsa Qəmbərə müraciətdə isə Müsavat rəhbərliyi Rəsulzadə irsinə iddia edən bir qurum olaraq məzarın bu günkü durumu ilə maraqlanmağa dəvət olunur. MQP Siyasi Şurası ilk Müsavat başqanının məzarının durumunun Rəsulzadə şəxsiyyətinə yaraşmadığını İsa Qəmbərin diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA