?Hazırda Vətəndaz Cəmiyyətinə dair ictimai təzəbbüslərin dəstəklənməsi? mövzusunda ictimai müzakirə

img

05-05-2011 [05:44]


Azərbaycan Media Mərkəzi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM), ?Region? Beynəlxalq Analitik Mərkəz (RBAM), ?Himayədar? Humanitar Tərəqqi İctimai Birliyi və Gənc Sahibkarlar Klubunun (GSK) birgə təşəbbüsü ilə ?Hazırda Vətəndaş Cəmiyyətinə dair ictimai təşəbbüslərin dəstəklənməsi? mövzusunda ictimai müzakirə keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd etmişdir ki bəzən QHT-lər öz problemlərini unudub kənar işlərlə məşğul olurlar. Ictimai sektor kifayət qədər güclənmədən onların təsir gücü də zəif olaraq qalacaqdır. Faktdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaranandan bu sahədə görünməmiş bir canlanma yaranmış və ictimai sektorun professionallaşması, xarici donorlardan asılılığı məsələsində kifayət qədər irəliləyişlər olmuşdur. Natiq qeyd etmişdir ki, onun ən çox önəm verdiyi məsələ Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin səsləndirdiyi kimi Nazirlikilər nəzdində İctimai Şuraların yaradılmasıdır. ?Region? Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev çıxışında konkret təkliflər səsləndirmişdir. 1) QHT-lər dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynaması; 2) Hər bir nazirliyin tərkibində ictimai komitələrin yaradılması; 3) QHT-lərin özəl sektorun sosial sahibkarlıq fəaliyyətinə qoşulması üçün əməli iş görməsi. 4) Özəl sektor, vətəndaş cəmiyyəti və hökumət arasında işçi qrupun formalaşdırılması. Işçi qrup ictimai və sosial fondlar yarada və beləliklə də milli donorçuluq institutunun yaradılması üçün də işlər görə bilər; 5) Azərbaycanda QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün dövlətin sərmayə yatırması; 6) Himayə Fondlarının (Endownment Fund) yaradılması. QHT-lərin və mətbuatın davamlı maliyyə axınını təmin etmək üçün belə fondların Azərbaycanda yaradılması mexanizmləri üzərində tədqiqat aparıla bilər. Bu çətin bir proses olsa da, perspektivi aydın görünən bir təşəbbüsdür. Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova Sosial Sahibkarlıq təşəbbüsünün uğurla həyata keçirə biləcəyi perspektivindən danışdı. O qeyd etdi ki, Azərbaycan Media Mərkəzinin və onun şəxsən özünün bu sahədə kifayət qədər təcrübəsi var. Artıq dünyada sahibkarlıq klassik anlamdan çıxaraq sosiallaşmağa doğru getməkdədir. Həm biznes pul qazanır, həm də onu əhatə etdiyi insan və icma qrupları. Mənfəət qarşılıqlı olmalıdır. Müasir dünyada istehsalçılar arasında ciddi rəqabət gedir. Sosial yönümlü biznes layihələri daha uğurla işləyə bilər. Bu işin aparılması üçün yaxın həftələrdə yeni bir Alyansın yaradılacağı mümkünlüyünü də vurğuladı. ?Himayədar? İctimai Birliyinin sədri Himayət Rizvanqızı Milli Donorçuluq İnstitutunun formalaşması vacibliyini vurğuladı. Himayət xanımın sözlərinə görə xarici donordan asılılıq, əslində bütövlükdə cəmiyyətin sosiallaşması, həmrəy olması və müstəqilləşməsi yönümündə ciddi maneələr yaradır. Gənc Sahibkarlar Klubununun sədri Salman Umudov özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında mühüm rola malik olduğunu və səsləndirilən təkliflərin həyata keçirilməsində sahibkarların xüsusi missiyasını önə çəkmişdir. O ümid etdiyini bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin də bu sahədə apardığı siyasət öz bəhrəsini verəcəkdir. İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov səsləndirilən təklifləri dəstəklədiyini və təşkilat olaraq bu məsələlərin ictimailəşməsində iştirak edəcəyini vurğuladı. İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu QHT-lərin çox ciddi problemlərinin olduğunu bildirdi. O qeyd etdi ki, qanunvericilik bazasının sadələşdirilməsi, QHT-lərin qeydiyyat prosesinin təkmilləşdirilməsi, dövlət büdcəsindən maliyyə alan ictimai təşkilatların şəffaflığı, dövlət strukturlarından alınan qrantların qeyri-şəffaflığı narahatlıqlar yaradır. ?Els? Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Demokratik Tələbə-Gənclər Təşkilatının rəhbəri Asif Əsgərli, QHT rəhbəri Rauf Rəcəbov, və digərləri də təşəbbüsləri dəstəklidiklərini vurğuladılar. Qərara alındı ki, növbəti həftə işçi qrupu toplaşıb bu məsələlərin müzakirə etsin və strukturlaşma üçün təklifləri təqdim etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA