Məcburi köçkünlərə ?Yeni Sumqayıt? yazayız massivi salınacaq

img

05-05-2011 [02:35]


Sumqayıt şəhərində məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət ?Yeni Sumqayıt? yaşayış massivi salınacaq. Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Komitə sədrinin sözlərinə görə, yaşayış massivi Sumqayıtın "İnşaatçılar" adlanan ilk yaşayış məntəqəsində salınacaq. Buradakı 1-2 mərtəbəli "fin" tipli köhnə tikililər isə söküləcək. Qeyd edək ki, bu evlər II dünya müharibəsindən sonra, Sumqayıt şəhərinin tikintisində iştirak edənlər üçün inşa olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA