intellektual ooyunlar üçün yarızmaçılar hazırlanacaq

img

05-05-2011 [12:52]


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ?Beynəlxalq Zehni Oyunlar Çempionatında (İnternational Puzzle Party-İPP) iştirak etmək üçün intellektual (ecazkar) oyunlar üzrə yarışmaçıların hazırlanması, I milli çempionatın keçirilməsi? layihəsinə başlayır. Layihə 25 aprel-30 sentyabr 2011-ci il tarixində həyata keçiriləcək. Əsasən gənclərə ünvanlanan layihə işləri Azərbaycan Respublikasının bütün bölgələrini əhatə edir. Layihənin məqsədi istedadlı gənclərin ixtiraçılıq və ecazkar oyunlar üzrə yaradıcı potensialını üzə çıxarmaq, onları ixtiraçılıq və intellektual oyunlar istiqamətində hazırlamaq, hər il dünyada keçirilən beynəlxalq səviyyəli zehni oyunlar çempionatında iştirak etmək üçün intellektual (ecazkar) oyunlar üzrə yarışmaçıların hazırlanması və I milli çempionatın keçirilməsidir. Layihənin vəzifələri: - Respublikada ecazkar-intellektual oyunlar sahəsində yaradıcı kollektiv formalaşdırmaq, beynəlxalq miqyasda keçirilən ecazkar oyunlar və müsabiqələr üzrə yarışmaçıların hazırlanması; - Respublika miqyasında gənc ixtiraçıların yaradıcı fəaliyyətini stimullaşdırmaq; - Intellektual oyunlar üzrə I milli çempionatın keçirilməsi; Layihənin seçim turlarına 25 aprel 2011-ci il tarixdən etibarən start verilib. Respublikada intellektual - ecazkar oyun (hər hansı fiqur formasında olan zehni oyun) yaratmağı bacaran və yaxud bu sahə üzrə potensialı olan hər bir gənc təhsilindən asılı olmayaraq bu layihədə iştirak edə bilər. Seçim turlarında iştirak etmək istəyənlər 30 may 2011-ci il tarixinə qədər anket formasını doldurub (ilqar.orucov@rambler.ru; rus_rahimli@yahoo.com ünvanına) göndərməlidir. I Milli çempionatda 1,2,3 yerləri qazananlar mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar veriləcək. 1-ci yerin qalibi isə beynəlxalq səviyyəli zehni oyunlar çempionatında iştirak etmək hüququ əldə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA