Ramil Usubov kadr dəyizikliyi etdi

img

05-05-2011 [12:10]


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə yeni rəis təyin olunub. MİA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. DİN-in Çevik Polis Alayının komandiri Səhlab Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA