Misir Mərdanov: "Bu il müəllim təyinatı məsələsi olmayacaq"

img

04-05-2011 [03:38]


Azərbaycan Təhsil Nazirliyi bu il orta məktəblərə müəllim seçimində yeniliklər edəcək. Bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. "Müəllim seçimində əvvəlki kimi ali məktəblərdə təyinat məsələsi olmayacaq. Qərara gəlmişik ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat verək. Onlar elektron ərizə verməklə, nazirliyin keçirdiyi imtahanlarda iştirak etsinlər. Müvafiq balı toplayanları məktəblərə göndərəcəyik", - nazir bildirib. Mərdanovun sözlərinə görə, hazırda Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin sayı kifayət qədərdi. "Yeniliyin əsas məqsədi orta məktəblərdə yalnız bilikli müəllimlərin işə qəbulunu təmin etməkdir", - Mərdanov deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA