Azərbaycan prezidenti Serbiyaya səfər edəcək

img

04-05-2011 [01:04]


Azərbaycan prezidenti İlham Əliyev Serbiyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-9-da baş tutacaq səfərlə bağlı məsələlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya səfəri zamanı onun bu ölkənin xarici işlər naziri Vuk Yeremiçlə görüşündə müzakirə olunub. Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edilib, Azərbaycan prezidentinin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan səfəri və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA