Bakıda hava dəyizkən buludlu olacaq

img

04-05-2011 [11:07]


Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bakıda gecə 12-14? isti, gündüz 20-22? isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 millimetr civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 9-14? isti, gündüz 21-26? isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 3-8? isti, gündüz 13-18? isti təşkil edəcək. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-13? isti, gündüz 18-23? isti təşkil edəcək. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 8-13? isti, gündüz 15-20? isti təşkil edəcək, dağlarda gecə 3-8? isti, gündüz 10-15? isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14? isti, gündüz 21-26? isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 8-13? isti, gündüz 19-24? isti təşkil edəcək, dağlarda gecə 5-8? isti, gündüz 14-19? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA