Zakir Qaralov Özbəkistanın baz prokurorunu qəbul edib

img

04-05-2011 [10:49]


Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Z.Qaralov görüşdə, 2010-cu ilin sentyabr ayında ?Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş?in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığını bildirib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Özbəkistanın həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv mövqeyinin əhəmiyyəti vurğulanıb. Baş prokuror Z.Qaralov son illər Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara məlumat verib. Azərbaycanda həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran R. Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib. Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA