Saxta tələbə bileti satan qadın tutuldu

img

03-05-2011 [01:29]


Bakı polisi saxta tələbə bileti satan qadını saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Sənəm Mehdiyevanın 2008-ci il avqustun 2-də şəhər sakinləri Vüsal Rəhimovdan 9500 manat və 2009-cu il iyulun 28-də Asif Dəmirovdan 15 000 manat alaraq onlara saxta tələbə biletləri verməsini müəyyən edib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA