?Catel? BTRiB və ?Azerfon?un idarəçiliyinə verilə bilər

img

03-05-2011 [12:03]


Azərbaycanda ?Catel? şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və ?Azerfon? şirkətinin idarəçiliyinə verilə bilər. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Hazırda ?Catel?in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə ?Azerfon?un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır. Nazirin sözlərinə görə, buna ?Catel?də yaranmış texniki problemlər səbəb olub. "Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə ?Azerfon?u ?Catel?də yaranmış problemlərin həllinə yönəltdik. Yaxın vaxtlarda abunəçilər ?Catel? şəbəkəsindən tam istifadə edə biləcək. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılır?, - deyə Əli Abbasov qeyd edib. Qeyd edək ki, 1997-ci ildə yaradılan ?CATEL? şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərir. ?CATEL? Azərbaycanda müştərilərə telefon, faksimil, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. 2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni ?FONEX? ticarət nişanını telekommunikasiya bazarına çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA