Qaradağda hakim Əsəd Mirzəliyevin adı qarızan qalmaqalı səngimir

img

03-05-2011 [11:45]


Karxana işçiləri hakim Əsəd Mirzəliyevin onları ölümlə hədələyənlərin hamisi olduğu barədə Prezidentə açıq məktub yazıblar. Qaradağ rayonu ərazisində yerləşən ?Gülbaxt? Daş Karxanası ətrafında qalmaqal səngimək bilmir. Məmur özbaşınalığından şikayət edən fəhlələr növbəti dəfə müvafiq dövlət qurumlarına müraciət edərək, həyatlarının təhlükədə olduğunu bildiriblər. Həmin müraciəti olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Surəti: Heydər Əliyev Fondunun Prezidenti, Surəti: Birinci Xanım Mehriban Əliyevaya, Surəti: Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova, Surəti: Baş prokuror cənab Zakir Qaralova, Surəti: Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevə, Surəti: Kütləvi İnformasiya Vasitələrinə Azərbaycanda sahibkarlığa yardımlarla bağlı xəbərləri diqqətlə oxuyur və təqdir edirik. Bizi bu müraciəti yazmağa vadar edən əsas səbəb budur ki, Qaradağda Azərbaycan qanunları nədən çalışmır? Qarabağımız erməni işğalına məruz qaldığı üçün Azərbaycan qanunlarının orada hələlik keçərli olmadığını bilir və Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə istənilən zaman orada qanunlarımızın bərpasını təmin edə biləcəyimizi bəyan edirik. Ancaq paytaxtdan bir neçə kilometr uzaqda yerləşən Qaradağ rayonunda özbaşınalığın son həddə çatması, nəinki qanunların işləmədiyi, Azərbaycan Prezidentinin sahibkarlara hami olmasına baxmayaraq, Qaradağda çalışan bəzi məmur və polislərin iş adamlarını günün orta çağında ölümlə hədələməsi, döyməsi və edilən şikayətlərin məmurları daha da azğınlaşdırması bu müraciəti yazmağımıza səbəb oldu. Biz Sizə bundan öncə yazdığımız müraciətdə bildirmişdik ki, ?Gülbaxt? karxanasını ələ keçirmək üçün iş adamı Akif Məmmədovu vəhşicəsinə döydürən Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev və ortağı qatil Əlövsət Orucov indi də hədə-qorxu ilə şikayətini geri götürməsini istəyirlər. Qeyd edək ki, Qaradağda mafiya sistemi quran hakim-polis-qatil qrupu adlandıra biləcəyimiz Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyev, ortağı 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq sakini Malik Niftullayevin qatili Əlövsət Orucov və Qaradağ rayon 38-ci Polis bölməsinin əməkdaşı Cəfər Ağayev nəinki Azərbaycan qanunlarını tanımırlar, onlar insanları mafiyavari şəkildə hədələyərək, ölümlə hədələyirlər. Ötən müraciətimizdə vurğuladığımız kimi, Cəfərin havadarlıq etdiyi Əlövsət Orucov ?KRAZ? markalı maşınla 2009-cu il 1 fevral tarixində 22 yaşlı Cəlilabad rayon Köyüzbulaq sakini Malik Niftullayevin üzərinə daşları tökərək qəsdən öldürsə də, məhz ortağı Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının hakimi Əsəd Mirzəliyevin sayəsində cinayət işi ört-basdır edilib. Azğınlaşan ortaqlar mart ayının 17-də Akif Məmmədovu vəhşicəsinə döydürərək, kəllə-beyin travması almasına səbəb olub, aprel ayının 5-də isə Qaradağrayon məhkəməsinin sədri Adil Mikayılovun və Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilovun xidmətlərindən yararlanaraq, 2008-2010-cu il tarixlərini əhatə edən qanunsuz müqavilə ilə ?Gülbaxt? karxanasını ələ keçirmələrinə hüquqi don geyindiriblər. Bu qanunsuz əməlin həyata keçirilməsində Əsəd Mirzəliyevin oğlu şəxsən Əlövsət Orucova vəkillik edərək, bu iki şəxs arasındakı ortaqlığı bur daha sübut etmişdir. Qaradağ rayon 38-ci Polis bölməsinin işçisi Cəfər Ağayevin Akif Məmmədovun önünü kəsərək, ?get şikayətini geri götür? deyə hədələməsi də iş adamının necə bir təhlükə ilə qarşı-qarşıya qaldığını göstərir. Cəfər Ağayevin Akif Məmmədova ?boş yerə yazırsan, qardaşım Baş Prokurorluqda əla vəzifədədir, nə yazsan, zərərli sən çıxacaqsan. Bizə heç kim heç bir şey edə bilməz. Ancaq sabah sənin başına bir iş gəlsə, şikayət yazdığın prezidentin səni qurtara bilməyəcək bizim əlimizdən. Ağıllı ol və başını sal aşağı, dediyimizi et? deməsi də bu şəxslərin mütəşəkkil şəkildə bu işlə məşğul olduqlarını sübut edir. Əsəd Mİrzəliyev qardaşı İnqilab Mirzəliyevlə mülk davasında olduğu halda başqasının halal əmlakını da ələ keçirmək cəhdi və bu yolda öldürmək və ya şərlətməkdən çəkinməməsi ədalət tərəzisi sayılan bir qurumda çalışması ilə tərs mütənasibdir. Azərbaycan Prezidentinin korrupsiyaya qarşı savaş açdığı bir vaxtda hakim və polisin qanunsuz və zorakılıqla başqa şəxsin əmlakını ələ keçirib, özünü döydürmələri korrupsiya əlaməti sayılmırmı? Edilən şikayətlərin aşağı instansiyalarda ilişib qalması və bu qrupun günü-gündən azğınlaşması dövlət qurumlarına inamı azaltmırmı? İnsanların təhlükəsizliyini qorumalı olan polis kapitanı Cəfər Ağayevin Qaradağ daş karxanasına gələrək fəhlələrə "Cibinizə nəşə atıb, dama basdıraram..." deməsi polis əxlaqı ilə nə qədər mütənasibdir?.. Biz Sizdən sonuncu dəfə yardım istəyirik. Bizim haqlı müraciətimizə səs verin ki, əynində dövlətimizin zirehi olan quldurlar bizi əzməsinlər. İnanırıq ki, Azərbaycan dövlətinin rəhbərliyi öz vətəndaşlarına sahib çıxacaq və qanunsuz əməllərlə məşğul olan bu şəxslər layiqli cəzalarını alacaqlar. Cəlal Mirməmmədov, Samir Abbasov, Firudin Qasımov, Əli Fətəliyev və cəmi 17 imza

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA