Azərbaycan və Litva prezidentlərinin təkbətək görüzü olub

img

02-05-2011 [06:32]


Mayın 2-də Azərbaycan prezidenti İlham Əliyev və Litva prezidenti Dalya Qribauskayte arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər. Görüşdə münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlərə dair də fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA