Səbail icra hakimiyyəti ?Sahil bağı?nda gül bayramı keçirib

img

02-05-2011 [02:43]


Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Tədbirlər planına uyğun olaraq şəhərin mərkəzindəki ?Sahil bağı?da ənənəvi olaraq Gül bayramı keçirilib. Mərhum prezident Heydər Əliyevin 88-ci ildönümünə həsr olunmuş bayramda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ?Qərb? Universiteti, Bakı Oksford məktəbi təbii və süni güllərdən düzəldilmiş ekspozisiyaları təqdim ediblər. Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatların nümayəndələri və digər qonaqlar ?Sahil bağı?nı gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olublar. Bağda keçirilən Gül bayramında ənənəvi olaraq fəal iştirak edən Dövlət Neft Şirkətinin kollektivləri bağda rəngbərəng güllərdən düzəldilmiş müxtəlif eksponatları nümayiş etdirib. Bayram tədbiri Səbail rayon orta ümumtəhsil və musiqi məktəblərinin kollektivləri çıxışları, müğənni Röyanın solo konserti tədbiri ilə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA