Milli Şura ADNA-dakı faciə qurbanlarını yad etdi

img

30-04-2011 [12:42]


Bu gün Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı olayın 2-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Əvvəlcə hadisə qurbanlarının yad etmək üçün Neft Akademiyasının binasına dinc yürüş edilib. Faciə qurbanlarını yad edərək, Akademiyanın pilləkənləri üzərinə qərənfillər düzüblər. Anım mərasimində Milli Şuranın sədri, millət vəkili Fuad Muradov və təşkilatın baş katibi Orxan Ərəbov, digər nümayəndələri iştirak ediblər. F. Muradov anım mərasimində iştirak etməklə gənclərlə bir arada olduqlarını göstərdiklərini deyib: ?Bütün dünyada bu hadisələr pislənir. Düşünürəm ki, bu gün bura yığışan gənclərin ən böyük amalı bu hadisələrin heç vaxt baş verməməsini istəyir. Bu qanlı hadisə bütün tələbələrin həyatında dərin iz qoyacaqdır. Bu gün bura gələn gənclərin məqsədi orada öldürülən tələbələri unutmadıqlarını, Azərbaycan gəncliyi olaraq həmin insanlara həmrəy olduqlarını göstərir?. Qeyd edək ki, bu gün səhər saatlarında Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hadisə qurbanlarını yad etmək üçün neft Akademiyasına dinc yürüş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA