Deputat Eldar ibrahimov da iqtisad elmləri doktoru oldu

img

29-04-2011 [07:18]


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov aprelin 28-də Gəncədə Azərbaycan Dövlər Aqrar Universitetində doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmlər doktoru olub. Gəncədən MİA-ya verilən məlumata görə, deputatın doktorluq dissertasiyası aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı olub. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin sədrliyi ilə keçirilən Dissertasiya Şurasının iclasında iştirak edənlarin hamısı Eldar Ebirahimovun doktorluq dissertasiyasının tərifləyək yüksək qiymət veriblər. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar məmurların və deputatların elmi ad almasına qeyri-rəsmi qadağa qoyulub. Amma Eldar İbrahimov bu məsələdə istinad təşkil edib. MİA-ya verilən məlumata görə, hazırda 3 dedpuatda dissertasiya müdafiə etmək üçün AAK-ın icazəsini gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA