Fuad Muradov: ?Bütün məsələləri diqqət mərkəzində saxlayacam?

img

29-04-2011 [01:41]


Aprel ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləmişdir. Bu görüşədək millət vəkili 15 dekabr 2010-cu il, 18 yanvar 2011-ci il və 03 mart 2011-ci il tarixlərində də öz seçicilərini qəbul etmişdi. Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət etmişdilər. Bunlar arasında qanunsuz qeydiyyatdan çıxarma, məhkəmə instansiyalarında işlə bağlı fərqli qərarların qəbulu, işsizliklə bağlı, mənzil məsələsi, imkansızlıqla bağlı, oğlunun qanunsuz işdən çıxarılması, kommunal problemlər, vətəndaşın mənzilinin kredit borcu nəticəsində bankın balansına keçməsi, pasport qeydiyyatı, işə bərpa, keçmiş Çənbərəkənd adının bərpası, şəxsi və digər məsələlər yer alırdı. Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaqdır. Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verdi. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görüldü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA