Bakıda duman olacaq, bölgələrə yağız yağacaq

img

29-04-2011 [10:29]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA