Zakir Qaralov memorandum imzaladı

img

28-04-2011 [11:53]


Azərbaycan və Litva prokurorluqları arasında korrupsiya və digər növ hüquqpozmaların araşdırılması və qarşısının alınması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Baş prokurorluqdan verilən məlumata görə, aprelin 26-da baş prokuror Zakir Qaralovun dəvəti ilə Litvanın baş prokuroru Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius Azərbaycana səfər edib. Aprelin 27-də isə baş prokuror Zakir Qaralovla görüş olub. Baş prokuror ölkədə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətindən hərtərəfli məlumat verib. Bildirilib ki, korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına qoşulan ölkədə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb, o cümlədən ?Korrupsiyaya qarşı mübarizə haqqında?, ?Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında? qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi təmin olunub. Korrupsiya ilə üzləşmiş vətəndaşların Korrupsiyaya qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət imkanı yaradılması məqsədilə idarənin nəzdində 161 nömrəli ?Qaynar xətt? əlaqə mərkəzinin yaradıldığını, dövlət başçısının müvafiq fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibinin 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırıldığını, həmçinin Nazirlər Kabinetinə idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə müraciət olunduğunu bildirib. Qonaqlar Azərbaycanda məhkəmə-hüquq sistemi, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndiriblər. Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litvanın Xüsusi İstintaq Xidməti arasında Davamlı Əməkdaşlıq haqqında" Memorandum imzalanıb. Səfər çərçivəsində litvalı qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti ilə ətraflı tanış olublar. İdarə tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA