Ölkəyə gətirilən uçuz aparatları və aviasiya avadanlıqları ƏDV-dan azad edilib

img

27-04-2011 [04:31]


Nazirlər Kabineti ölkəyə gətirilən uçuş aparatları və aviasiyada istifadə olunan bəzi avadanlıqları əlavə dəyər vergisindən azad edib. Nazirlər Kabinetinin saytında yerləşdirilən qərara görə, ?Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarda edilmiş dəyişikliklə bir sıra aviasiya avadanlıqlarının idxalı ƏDV-dən azad olunub. Bura aviasiyada istifadə üçün təzə pnevmatik rezin şinlər, qığılcımla alışan daxiliyanma, dövri və irəli-geri hərəkət edən porşen ilə aviasiya mühərrikləri, gücü 50 kVt-dan çox, lakin 100 kVt-dan çox olmayan sıxılmadan alovlanan porşenli daxiliyanma (dizellər və yarımdizellər), təzə, mülki aviasiya üçün mühərriklər, aviasiya mühərrikləri üçün hissələr, turboreaktiv mühərriklər, turbovintli mühərriklər, reaktiv mühərriklər və onların hissələri, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olan və olmayan vertolyotlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar, boş təchiz olunmuş aparatın kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər uçan aparatlar, təyyarə və vertolyotların digər hissələri, uçuş heyəti üçün yerüstü trenajorlar və onların hissələri, hava nəqliyyatı vasitələrində istifadə olunan oturacaqlar kimi oturacaqlar və s. daxildir. Qərar mayın 25-də qüvvəyə minəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA