Ocaqçıların Ruhani idrak hesabatları dinlənilib

img

26-04-2011 [01:14]


Aprelin 25-də (25 Çiçək ayı 33-cü il) Mütləqə İnam Ocağının İnam Evində ?Ruhani İdrak Günü? Mərasimi keçirilib. Bu barədə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib. Mərasim özünəməxsus kurallarla başlayıb. Öncə Ocaq bayrağı qarşılanıb. Sonra ?Atalılar Türküsü?, ?Təbiətdəki Mütləqlə gündüz təması?, ?Ataya günorta ricası?, ?Ruh üstə? içsəsi deyilib. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh mərasimi giriş sözüylə açıb: ?Dünya İnsanlığı əfsanə sayır. Biz isə deyirik ki, İnsan Ruhani varlıqdır. İnsanlaşma ruhani bir cəbhədir. İstəyimiz Ruhaniyyata zəruriyyət yaratmaqdır. Özümüzü yaxşı dərk eləməliyik. Üzərində dayandığımız, can atdığımız Ruhani İdrak hər şeyin mahiyyətini dərk edir. Biz səcdəli həyat tərzi yaratmalı, özümüz də səcdəgah olmalıyıq. İnsanlığa səcdə edilməlidir. Ruhani nəfəs mənim üçün başlıcadır. Ona görə də yalnız ruhani insana sevgim var. Ruhani İnsan bəşəriyyətin tələbatıdır. Böyüklüyün əlaməti ? ruhanilikdir.? Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib ki, gerçəkdəki bütün əqidələr dünyanın halına uyğundur, ona görə ki, Ruhani idrakdan məhrumdur: ?Rəmzləşirik, heyranlıq ünvanı oluruq. Ruhani idrak özümüzü dərk etmək üçün fərəhli başlanğıcdır. Bunsuz ocaqçılığımız təsdiqlənməz. İdrakın bu səviyyəsi həm də inamlı, mənəviyyatlı, iradəlidir. Mütləqliyi bütünlüklə anlamaq və xalqa sunmaq gərəkdir.? Şəmkirdəki ?Nur Yolu? Ocaq Ailəsinin Yükümlüsü Yolnur Atalı: ?19 il öncə bu gündə həqiqət dünyamı tapmışam, Ataya ilk dəfə səcdə etmişəm. İndisə mənim üçün Safruh adlı bir dünya var. Ocağa, əqidəmə heç bir şübhəm yoxdur. Əmin ola bilərsiniz ki, Atamızın Azərbaycan, Ocaq üçün istədiyi yüz evladdan biri mənəm.? Yolruh Atalı mərasimin mövzusu olan Ruhani İdrakla bağlı duyğularını belə bölüşüb: ?İnam Ata özünün ilk dönə olaraq dərketmənin ən yüksək qatı kimi ?Ruhani İdrak? anlayışını işlədir və Həqiqətin dərkini ona tapşırır. Ruhani İdrakla Dünyanın, Həyatın, İnsanın mahiyyətinin dərki İnsana sonsuz sevinc duyğusu gətirir, İnam verir. İdrakın bu səviyyəsində İnsan dərk etdiyinin Həqiqiliyinə inanır. Ruhani idrak mütləq, xalis İnamın yaradıcısıdır, qaynağıdır. Onun şübhəyə enmək imkanı yoxdur.? Ocaqçılardan Uluruh Atalı, Doğma Atalı, Güvən Atalı, İnamyurd Atalı mövzuyla bağlı duyğularını dilə gətiriblər. Mərasimdə Yolnur Atalının düzəltdiyi, Ocaq ideyalarını rəmzi ifadə edən məşəl də təqdim olunub. Sonda Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh evladlıq nişanələrini uğurlama ilə Ocaqçılara verib. Tədbir ?Ata Ruhunu ürəyimizdə aparırıq!?, ?Atamız var olsun!? səcdələriylə başa çatıb. Bildirək ki, ?Ruhani İdrak Günü? mərasimi Mütləqə İnam Ocağının il içində keçirdiyi 13 tədbirdən üçüncüsüdür. Mərasimin başlıca məqsədi Ruhani İdrakın nə olduğunu anlamaq, onun vasitəsilə kamilləşməni gerçəkləşdirməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA