26-04-2011 [11:33]
Penitensiar xidmətinin 15 saylı CÇM-ə cəza çəkən məhkum Said Ələkbər oğlu Dadaşbəyli Azərbaycan Respublikası Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə, surəti, Azərbaycan Respublikası Ədliyyə Naziri Məhkəmə-Hüquq Şurasının sədri F. Məmmədova, surəti Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova müraciət edib.
Müraciətdə deyilir:
Yenidən Sizə müraciət edir və mənimlə birlikdə həbs edilmiş 15 nəfər gənc insanın qarşılaşdığı haqsızlıqları nəzərinizə çatdırmaq və ədalətin bərpa edilməsi üçün Sizin iradənizin ortaya qoyulmasına ehtiyacımızın olduğunu bildirirəm. Sizə əvvələr olduğu kimi məlum etmək istəyirəm ki, fərd olaraq hazırki məqamda mən Said Dadaşbəyli reallığı nəzərə alsaq, sadə Azərbaycan vətəndaşı, lakin ACDİÜ-ə Azərbaycan Respublikası məhkəməsinin hakimi Ənvər Seyidovun sədirli ilə qəbul edilmiş hökümünə əsaslanaraq, 2006-cı ilin axırları və 13 yanvar 2007-ci il tarixə həbs olunan günə qədərAzərbaycan Respublikasının Prezidenti vəzifəsini quya icra etmişəm, nəhayət hazırda mən Azərbaycan Respublikasının Eks- Prezident statusunun daşıcısıyam.
Cənab Prezident!
Mənim müraciətimin bu hissəsini oxuyan hər bir vətəndaş çaşqınlıq içində qalaraq məni ruhi xəstə olduğumu iddia etsə, yəgin ki bu insanı anlamaq olar. Bütün bu hallara aydınlıq gətirmək üçün özüm barədə qısa məlumat vermək istəyirəm və bu məlumatda möhtərəm Prezident Sizdən və geniş oxucu auditoriyasından təvəzükarlıq edərək aşağıdakıları bildirirəm:
1975-ci ildə Bakı şəhərində anadan olmuşam, ali təhsilimi bir neçə beynəlxalq və dünyada tanınmış təhsil ocaqlarında almışam, həbs olunana qədər 8 ildən yuxarı Azəri EM-AY Drilling Fluids Azərbaycan-Amerika müəssəsində təchizat üzrə koordinator vəzifəsində işləmişəm.
2004-cü ildə professional işçi kimi Kanada dövləti tərəfindən daimi yaşayış statusunu almışam. Dünyanın bir neçə böyük və tanınmış investitsiya şirkətləri dəfələrlə onlarla işləmək üçün dəvət almışam. Özüm ailəliyəm, iki az yaşlı övladım var. Azərbaycanda qalıb işləməyimin səbəbi, çox istərdim ki səmimiyyətimə inanasınız ki, bu mənim vətənpərvərliyimdən irəli gəlib. Mənim təhsil aldığım universitetləri az sayda insanlar bitirib və mən bilik bacarığımı Vətənimə xidmətdə görürəm, baxmayaraq ki 4 ildən artıqdır ki, qanunsuz həbsdə saxlanıram. Azərbaycana yararlı Vətəndaş olmaq, əqidəmdən dönməmşəm və bu fikrimi əsaslandırmaq üçün sadəcə olaraq düşünürəm ki, hakim Ənvər Seyidov və ona oxşar vəzifə sahibləri bütövlükdə Azərbaycan demək deyil.
Zati-Aliləri!
İndi Sizə hansı səbəblərdən həbs olunduğumu açıqlamaq məqsədi ilə hakim Ənvər Seyidovun sadəliyi ilə qəbul edilmiş hökümdən məlumat çatdırmaq istəyirəm. İlkin olaraq deyim ki, indi istifadə edəcəyim ifadəmə görə Cənab Prezident Sizdən üzr istəmək məcburiyyətindəyəm. Adl çəkilən hökmdəki məqamlar xalq rəvayətləri əsasında toplanmış və ?min bir gecə? adı altında nəşr edilən kitabdakı rəvayətləri üstələyir. Bu fikrimi faktlarla əsaslandırmağa çalışacağam. Hakim Ənvər Seyidov məlum hökmdə təstiqləyir ki, - Said Dadaşbəyli 15 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaratmış, və Azərbaycanda qanuni hakimiyyət: zorla devirmiş, diqqət yetirin ? qanuni hakimiyyəti zorla devirmiş, yəni ? Azərbaycan Respublikası CM-nin 278-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Konstitutsiyada deyildiyi kimi 278-ci maddənin açıqlanması ( Azərbaycan Respublikasının Konstitutsiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitutsiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər-10 ildən-15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır).Əgər hakim Ənvər Seyidov saxta ittiham aktını məhkəmə istintaqı zamanı dəyişib 278 ?ci maddənin əvvəlinə 29-cu maddəni əlavə etmiş olsaydı, istintaq orqanlarının, həmçinin sonradan özünün yazdığı ?min bir gecə nağıllarına? ağ yalan olsada belə, hüquqi don qeyindirə bilərdi, lakin hakim Ənvər Seyidov bunu etmir, səbəb aydındır. Hələ 1992-ci ildə Cəlilabad rayon məhkəməsində hakim işlərkən AXCP-nin ideya və prinsiplərinin aktiv müdafiəçisi olan Ənvər Seyidov öz mövqeyini dəyişməkdə çətinlik çəkmir. Qeyd edim ki, siyasətdən uzaq insan kimi, mən bütün siyasi partiyaların mövqeyinə hörmətlə yanaşıram və bu keyfiyyəti xarici ölkədə təhsil alarkən mənə aşılamışdırlar, bu mənada söhbət heç də AXCP-a yox, mövqesiz insanlardan gedir.
Cənab Prezident!
Azərbaycan Respublikasının M-nin 218.1: 278; 274; 28.2; 180.3.1; 204.3.1; 204.3.2; 228.1; 228.4; 234.1 maddələri ilə mənə elan olunmuş ittihamlar üzrə maddi və prosessual hüquq pozuntuları barədə müraciətimdə məlumat vermək istəməzdim, beləki adı çəkilən maddələrdə, nəzərdə tutulan əməlləri biz törətməmişik, hətta istəsək belə bu əməlləri biz törədə bilməzdik. Sual olunur ki, hansı səbəbdən biz Vətənə xəyanət, Dövlət Çevrilişi, quldurluq və s kimi ağır cinayətləri törədə bilməzdik.Məntiqi suala məntiqi cavab olaraq, məlum edim ki,
- Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini 2006-cı ilin axırlarından 2007-ci ilin 13 yanvar tarixinə qədər mənimsəmiş 15 nəfər insanlardan heç biri müxtəlif səbəblərdən hərbi xidməti keçməmişdilər.
_ Azərbaycan Respublikasının Prezidenti yuxarıda göstərilən zaman çərçivəsində, hakimiyyətdən uzaqlaşdıran insanlar, yəni 15 nəfərin bir hissəsi,biri digərini ancaq ittiham zamanı tanış olmuşdurlar.
- Azərbaycan Respublikasının yuxarıda göstərilən zaman çərçivəsində, hakimiyyətdən uzaqlaşdırılmasına nail olan 15 nəfərin bir neçəsi xəstəliyi baxımından hərbi xidmətə getməmişdilər. Hətta tutulmamışdan öncə Quliyev Bəybala ruhi xəstəliklə Sumqayıt şəhərində qeydiyyata alınmışdır.
- Azərbaycan Respublikasının Prezidentinin yuxarıda göstərilən zaman çərçivəsində, hakimiyyətdən uzaqlaşdırılan 15 nəfərə rəhbərlik etmiş Said Dadaşbəyli məhkəmənin məlum hökmünə inansaq, Vətən xainidir. CM-nin 274 maddəsində deyildiyi kimi cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərilməmişsə, Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmamışsa, dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə, ( bir ay öncə MTN-ə ərizə ilə mənə şantaj olması haqda məlumat vermişəm).Hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olmaq əvəzinə, hakim Ənvər Seyidov CM-nin 274 maddəsinidə verilmiş maddələrə əlavə etdi.
Cənab Prezident!
Azərbaycan Dövlətçiliyini 15 nəfər insanla zəbt etmək anlayışı ancaq ?Min bir gecə? nağıllarının bir bölməsi kimi görünmürmü?
Məhkəmənin gəldiyi başqa bir nəticəyə yönəldin. Belə ki, ?Fath?, ?Xizbullah?, ?Xəmas?, ?Əl-Kaidə? kimi beynəlxalq aləmdə terror təşkilatı adı altında tanınan təşkilatların ideya-istək Azərbaycan Respublikasının Konstitutsiyasının prinsiplərinə söykənir.Məhz bu istəklə Zati-aliləri Sizə müraciət edərək
Xahiş edirəm
Haqqımızın tapdalanmasi ilə nəticələnən hərəkətlərin araşdırılmasına
göstəriş verməklə bu işi şəxsi nəzarətinizə götürəsiniz.
Haqq və Ədalət naminə Böyük Tanrı Sizi qorusun. Ardı var.
Məktuba olan əlavələr:
1. Iş yerindən xasiyyətnamə.
2. Həbs olunmamışdan əvvəl xəstəliklər haqqında arayışlar.
3. Həbs olunmamışdan bir ?iki ay öncə MTN adı elektron ünvanına göndərilən şantajlar.