Mahmud Kərimov alimlərə Akademiyaya gəlməyi qadağan etdi

img

25-04-2011 [07:53]


Sabah Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus binanın təmirdən sonra açılış mərasiminin keçiriləcəyi planlaşdırılır. Bu mərasimə ölkə başçısının da qatılacağı və orada elm adamlarına elmi dərəcələrə görə verilən vəsaitin artırılacağı barədə məlumat veriləcəyi bildirilir. Belə ki, fəlsəfə doktorlarına maaşdan əlavə verilən 30 manatın 50 manata, elmlər doktoruna verilən 50 manatın 100 manata çatdırılacağı gözlənilir. Həmin tədbirdə ölkə başçısının AMEA-nın gələcək inkişafı və mövcud problemlərin aradan qaldırılması ilə bağlı geniş çıxış edəcəyi də verilən məlumatlar arasındadır. Eyni zamanda, narazı alimlər AMEA prezidenti Mahmud Kərimovun fəaliyyətsizliyi və bəzi institut direktorlarının özbaşınalıqları barədə ölkə başçısına məlumat vercəyi gözlənilirdi. Amma AMEA prezidenti Mahmud Kərimov prosesi qabaqlayıb. Bu gün AMEA-da işləyənlərə bildirilib ki, aprelin 26-da iş olmayacaq və evdə qalaraq istirahət edə bilərlər. Yəni alimlərə sabah Akademiyaya gəlmək qadağan edilib. Bu barədə redaksiyamıza məlumat verən alimin iddiasına görə, AMEA-nın rəhbərliyi belə vasitələrlə alimlərə problemlərini ölkə başçısına çatdırmağa imkan verməməyə çalışırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA