Məcburi köçkünlərə müxtəlif pezələr öyrədilir

img

25-04-2011 [07:37]


"Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyəti dünəndən etibarən Qaradağ rayonunda məskunlaşmış məcburi köçkün ailələri üçün "Biznesin inkişafı xidmətləri", "Kompüter operatoru" və qadınlara aid müxtəlif peşələr üzrə pulsuz kurslara start verib. Kurslar Sahil qəsəbəsində yerləşən Biznes Təlim Mərkəzində keçirilir. "Dirçəliş" Cəmiyyətinin prezidenti Vasib Sadıqov bildirib ki, "Qaradağ rayonunda məcburi köçkünlər üçün peşə hazırlığı kurslarının təşkili" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir: "Layihənin müddəti 6 aydır. İştirakçılar seçim əsasında müəyyənləşdirilib. Hər qrupa 15 gənc daxildir. Dərslər 2 ay 15 gün davam edəcək. Dərsləri hər istiqamət üzrə yüksək peşə ixtisasına malik mütəxəssislər tədris edəcəklər. Hədəfimiz Sahil və Ümid qəsəbələrində məskunlaşan ən azı 45 məcburi köçkün ailəsinə müxtəlif peşələr öyrətməkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA