Səfər Əbiyev Metyu Brayza ilə görüzüb

img

25-04-2011 [07:20]


Aprelin 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda təxirə salınmış ?Regional cavab - 2011? birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa enerji infrastrukturunun təhlükəsizliyi haqda fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi, polkovnik Melvin Duqlas Saks da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA