Hesablama Palatası Təhsil Nazirliyində yoxlama aparacaq

img

25-04-2011 [05:17]


Hesablama Palatasının 2011-ci il aprel ayının 22-də keçirilmiş növbəti Kollegiya iclasında Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə edilərək təsdiq olunub. MİA-nın məlumatına görə, iclasda, həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə və ?Azərlotereya? ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair Audit proqramları da təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA