Buludlu və yağıntılı hava bir neçə gün davam edəcək

img

25-04-2011 [03:59]


Ölkə ərazisində davam edən buludlu və yağıntılı hava şəraiti hələ bir neçə gün davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmurlu hava gözlənilir. Sabah yarımadada və paytaxtda buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərərcə isti, gündüz 12-17 dərərcə isti olacaq. Aprelin 27-də arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərərcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı, gündüz əsasan yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərərcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq. Aprelin 27-də arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA