ilham Əliyev Anar Məmmədxanovun hüzr məclisinə gəlib

img

25-04-2011 [12:52]


Azərbaycan prezidenti İlham Əliyev sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun bu gün tamam olan üç mərasiminə gələrək onun ailəsinə başsağlığı verib. Qeyd edək ki, A.Məmmədxanov 23 apreldə ürək tutmasından dünyasını dəyişib. Mərhumun üç mərasimi Təzəpir məscidində keçirilir. Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Siyasi mövqeyi - bitərəfdir. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev bildidb ki, ölümün səbəbi kəskin ürək qan-damar çatışmamazlığı ürəyin işemik xəstəliyi olub. Mərhum bazar günü ?Qurd qapısı? yaxınlığındakı qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, onun sənət yoldaşları, bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA