Borçalı ictimai Birliyi növbəti konfransını keçirib

img

24-04-2011 [04:07]


23 aprel 2011-ci tarixindən Borçalı İctimai Birliyi Xəzər Universitetinin akt zalında növbəti konfransını keçirib. Hesabat xarakteri daşıyan konfransı giriş sözü ilə birliyin İH-nin üzvü Ramiz Həsənov açaraq sözü birliyin sədri Zəlimxan Məmmədliyə verdi. O Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən, bu problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən söz açıb. Qeyd edib ki, Borçalı İctimai Birliyi ötən bir il ərzində üzvlərinin və fəaliyyətinin məhsuldarlığına görə xeyli fərqlənir. ?Keçən il bizim yalnız 15 kənd nümayəndəliyimiz olduğu halda, bu gün artıq Borçalı Cəmiyyətinin 47 kənd şöbəsi var. Artıq insanlarımız dərk edirlər ki, onların Gürcüstan cəmiyyətinə inteqrasiyası yolu yalnız təşkilatlanmaqdan keçir. Bu yolun önündə olanlar isə dəyərli ziyalılarımızdır. Biz təşkilatlanmasaq öz sözümüzü də deyə bilməyəcəyik, desək də səsimiz eşidilməyəcək? Daha sonra Zəlimxan Məmmədli konfrans iştirakçılarının diqqətini təhsil problemlərinə yönəltdi. Bildirdi ki, Borçalı İctimai Birliyi gürcüstanlı tələbələrin Azərbaycanda təhsil alıb Borçalıya qayıtmaları yöndə təhsil proqramı hazırlanıb. Çıxışının sonunda O, Borçalıda tarixi toponimlərin dəyişdirlməsi məsələsinə toxundu. ?Borçalıda kənd adlarının dəyişdirilməsi qəbul olunmazdır. Bu adlar türk millətinin tarixini ifadə edir. Hər bir millətin hüququ var ki, öz tarixi torpağını öz dilində adlandırsın. Kənd adlanın dəyişdirilməsi problemi həmişə bizim gündəliyimizdə ciddi məsələ kimi durur.? Çıxışının sonunda o Birliyin adından Borçalı İctimai Birliyinin fəxri üzvləri olan professor Camal Musatafayev, akademik Budaq Budaqov və Cəlal Allahverdiyevə ?Millətin fəxri? diplomu və Ziya Abbasovu ?El adamı? diplomu ilə təltif edib. Daha sonra konfrans iştirakçıları akademik Cəlal Allahverdiyev, Ramiz Məmmədov, Budaq Budaqov, şair Osman Dərviş, Abbas Abdulla, Cənubi Azərbaycandan olan ziyalı Azər Güneyli, Kəpənəkçi xeyriyyə cəmiyyətinin sədri Rəşid Bədəlov, professor Nəsib Nəsibli, Zərnişan xanım, Borçalı Birliyi Gənclər Təşkilatının sədri Alı Adıgözəl və başqaları sədrin məruzəsi ətrafında çıxış edərək məruzəni təqdir ediblər. Daha sonra birliyin sturkturunda səsvermə yolu ilə bəzi dəyişikliklər oldu. Sədrin 1 illik hesabatı mıəqbul hesab olundu. Telman Qaballı, Kəpənəkçi xeyriyyə cəmiyyətinin sədri Rəşid Bədəlov İdarə Heyətinə qəbul olundular. Tanınmış rəssam Zahid Hüseynov ?Borçal? İctimai Birliyinin 2011-2012-ci illər ərzində fəaliyyət proqramının əsaslarını konfrans nümayəndələrinə çatdırdı.Və konfrans iştirakçıları fəaliyyət istiqamətlərinə əlavə dəyişiklərlə bağlı təkliflərini verdi, səsvermə yolu ilə həmin təkliflərdə fəaliyyət istiqamətinə qəbul olundu. Sonda Borçalı İctimai Birliyinin İH-nin üzvü Zahir Əlisoy Birliyin 23 aprel 2011-ci il konfransının bəyənatını konfrans iştirakçılarına məruzə etdi. ?Borçalı?İctimai Birliyinin 23 aprel 2011-ci il konfransının Bəyənatı Biz ?Borçalı? İctimai Birliyi olaraq bir daha bəyan edirik ki, bizim məqsədimiz regionda sülhün və əmin amanlığın bərqərar olması, Qafqaz bölgəsində demokratiyanın və insan hüquqlarının qorunaraq möhkəmlənməsindən ibarətdir. Dövlətdən ərazi bütövlüyü və suverenliyi prinsipini əsas götürərək milli mədəniyyətləri inkişaf etdirmək və qorumaq, qarşıya qoyduğumuz əsas prinsiplərdəndir. Biz cəmiyyət olaraq bu gün Azərbaycan və Gürcüstan dövlətlərinin strateji müttəfiqliyinin möhkəmləndirilməsi istiqamətində öz fəaliyyətimizi davam etdirməkdəyik. Beləki Gürcüstanda gedən müasir dövlət quruculuğu prosesi tərəfimizdən böyük sayğı və diqqətlə izlənməkdədir. Hesab edirik ki, cənab M.Saakaşvilinin birliyini rəhbərliyi ilə günü güclənən çağdaş Gürcüstan dövləti Gürcüstanda yaşayan bütün xalqlarının o cümlədən Azərbaycan türklərinin milli bayramı olan Novruz bayramını rəsmi dövlət bayramı elan etməsi iki xalq arasında böyük etimad mühiti yaranmasında mühüm rol oynayır. Bütün bunlarla yanaşı nöqsanlardan da xali deyilik. Belə ki, Bolnisi rayonunda 31 kənd adının dəyişdirilərək gürcülədirilməsi, Qardabani rayonunda son zamanlar böyük miqdarda torpaq sahələrinin ədalətsizcəsinə soydaşlarımızın əlindən alınması Gürcüstanın ərazi bütövlüyünü istəməyən, separatçı qüvvələrin faydalanmasına əsas verməkdədir. Ümid edirik ki, Azərbaycan və Gürcüstan prezidenləri, Gürcüstanda milli məktəblərimizin inkişaf etdirilməsi, yeni intellektual gənclik ordusunun yetişməsində həm Gürcüstanda həm Azərbaycanda mühüm işlər görəcəkdir. Məhz qarşılıqlı inam və etimad hər iki xalqın xoşbəxt gələcəyinin qarantı ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA