DiN və Nəqliyyat Nazirliyindən sürücülərə sərt xəbərdarlıq

img

24-04-2011 [03:19]


Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır. Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da ?Yol hərəkəti haqqında? və ?Avtomobil nəqliyyatı haqqında? Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir və bu qanun pozuntularına yol verən şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir. Daxili İşlər və Nəqliyyat Nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də sürücülərin nəzərinə çatdırır ki, konstruksiyalarında dəyişikliklər edilmiş avtomobillər cari ilin may ayının 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA