Ramil Usubov Lənkəranda vətəndazları qəbul edib

img

23-04-2011 [02:10]


Martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirən daxili işlər naziri Ramil Usubov bu gün Lənkəran şəhərində olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən Ramil Usubov onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Ramil Usubov qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA