Deputatlarımız MDB Parlamentlərarası Assambleyasında

img

23-04-2011 [01:21]


Milli Məclisin deputatları Fəzail Ağamalı və Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün aprelin 24-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda quruma üzv ölkələrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, yerli özünüidarə strukturlarında maliyyə problemlərinin aradan qaldırılması yolları və digər məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində deputatlarımız Rusiyada parlamentarizm ənənələrinin 105 illiyinə həsr edilmiş beynəlxalq konfransda da iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA