Azərbaycanın ilkin mənzil bazarında qiymətlər bir qədər də azalıb

img

22-04-2011 [04:56]


Azərbaycanın daşınmaz əmlak bazarında bu ilin mart ayında aktivliyin artması fonunda Bakı şəhərində fəaliyyət göstərən titkinti şirkətləri yeni tikililər üzrə növbəti qiymət endiriminə gedib. ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin ilkin mənzil bazarında apardığı monitorinqlərə əsasən, yeni tikililərin orta qiyməti 0,8% azalaraq fevraldakı 848 manat/kv.metrə qarşı 841 manat/kv.metr təşkil edib. Ucuzlaşmanın əsas səbəbi mövsümi aktivliklə (ipoteka kreditləşməsinin artması və s. təsirlər) əlaqədar olaraq bazarda rəqabətlilik səviyyəsinin artması İə bağlıdır. Belə ki, əksər binalarda 14-cü mərtəbədən yuxarı mərtəbələrdə olan mənzillər qaldığından sahibkarlar daha ucuz qiymətlər təklif edərək mənzilləri satıb bazardan çıxarmaq istəyirlər və s. Qiymət azalması demək olar ki, bütün rayonlar (xüsusilə Yasamal və Xətai) və kateqoriyalar (əsasən, 800-1200 manat/kv.metr olanlar, 83 bina) üzrə qeydə alınıb. İlin əvvəli ilə müqayisədə qiymətlər 0,8% yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət azalması 4,4%, böhran dövrü (2008-ci ilin sentyabr ayı) ilə müqayisədə 29,6% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA