ARDNŞ-in tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi keçirilir

img

22-04-2011 [04:48]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 24-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanını keçirir. İmtahan Bakı Dövlət Universitetinin I və Yeni tədris binalarında (Z.Xəlilov küç., 23) saat 11:00-da başlanır. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri 20-22 aprel tarixlərində hər gün saat 10:00-dan 17:00-dək ARDNŞ-nin ?Neftqazelmitədqiqatlayihə? İnstitutunun Qəbul otağında (ünvan: AZ1012, Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 88 a, "20 Yanvar" metro stansiyasının yaxınlığında) təqdim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. Hazırki müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin ?Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları?, ?Neft-qaz yataqlarının işlənməsi və istismarı?, ?Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)? və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Qeydiyyat ARDNŞ tərəfindən aparılmış və 1518 nəfər qeydiyyatdan keçmişdir. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA