Həftəsonu ölkənin bəzi yerlərində yağız yağacaq

img

22-04-2011 [12:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, aprelin 22-də fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Aprelin 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda iqlim normasından aşağı temperatur və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA