"Servelat" kolbasaları istehsalçısı 717 manat cərimələnib

img

21-04-2011 [05:51]


Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilməməsi, habelə bu kolbasaların gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilməsi məlum olub. Bu səbəbdən həmin sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Ruslan Şərifova 717 manat maliyyə sanksiyası tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA