Prezident gəncləri qəbul etdi

img

21-04-2011 [03:27]


Bu gün - 21 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezident Administrasiyasında bir qrup ictimai-fəal gənci qəbul edib. MİA-nın məlumatına görə, görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, müavini Səadət İmanova, bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətindən, bu istiqamətdə imzalanmış ?Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında? Sərəncamının əhəmiyyətindən danışan cənab Prezident gənclərin fikirlərini dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb. Sonda gənclərlə xatirə şəkli çəkdirən cənab Prezident onlara uğurlar arzulayıb. Qeyd edək ki, ATGTİ-nin sədri Ş.İsmayilov ?Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı?nın layihəsinin hazırlamnasın üçün yaradılmış İşçı qrupunun üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA