?flydubai? zirkəti Səudiyyə Ərəbistanının əsas istiqamətlərinə uçuzlara bazlayır

img

21-04-2011 [12:41]


Dünyanın ən sürətlə inkişaf edən hava yollarından biri olan ?flydubai? şirkəti öz uçuş şəbəkəsinə Ər-Riyad və Cəddah şəhərlərini əlavə etdiyini elan edib və bununla da Səudiyyə Ərəbistanındakı uçuş məntəqələrini sayını 3-dən 5-ə çatdırıb. Ər-Riyad və Cəddaha uçuşlar mayın 1-dən başlayacaq. Ər-Riyada uçuşlar hər gün, Cəddaha isə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək. Səudiyyə Ərəbistanının inzibati, maliyyə və ticarət mərkəzləri olan bu iki şəhər ?flydubai? şirkəti üçün strateji əhəmiyyət daşıyır və hazırda mövcud olan Əbha, Qassım və Yanbu reyslərinə əlavə ediləcək. ?flydubai? şirkətinin Baş Direktoru Qeyt əl Qeyt bildirib: ?Mən flydubai şirkətinin mayın 1-də Cəddah və Ər-Riyada uçuşlara başlayacağını elan etməkdən qürur duyuram. Bu şəhərlər region üçün vacib əhəmiyyət daşıyırlar və biz Ər-Riyadla Cəddahda yaşayanlara xidmət göstərmək imkanı əldə etdiyimiz üçün çox şadıq. Bu imkandan istifadə edərək mən Səudiyyə Ərəbistanı rəhbərliyinə bu uçuşların həyata keçirilməsinə yardım və dəstək verdikləri üçün öz təşəkkürümü bildirirəm. Biz BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında olan güclü əlaqələrin daha da gücləndirilməsində öz rolumuzu oynamaqda davam etmək niyyətindəyik. Ümid edirik ki, bu yeni marşrutlar hesabına biz gələcəkdə də iki ölkə arasında səyahət edənlər üçün yüksək keyfiyyətli və əlverişli səyahət imkanı təklif edə biləcəyik.? Cəddaha uçuşlar Dubayın 2 saylı terminalından həftənin Bazar ertəsi, Cümə axşamı, Şənbə və Bazar günlərində həyata keçiriləcək. Dubayı saat 05.20-də tərk edəcək təyyarə Cəddaha saat 07.15-də enəcək. Qayıdış uçuşu elə həmin gün saat 08.15-də baş tutacaq və Dubaya saat 12.50-də enəcək. Ər-Riyada uçuşların qrafiki isə belədir: ? Bazar ertəsi və Cümə günləri saat 19.45-də Dubayın 2 saylı terminalından uçuş və 20.35-də Ər-Riyada eniş. Geriyə uçuş saat 21.20-də olacaq və Dubaya saat 00.15-də enəcək. ? Çərşənbə axşamı, cümə axşamı, Şənbə və Bazar günləri saat 07.55-də Dubayın 2 saylı terminalından uçuş və 08.45-də Ər-Riyada eniş. Geriyə uçuş saat 09.30-da olacaq Dubaya saat 12.20-də enəcək. ? Çərşənbə günü saat 15.55-də Dubayın 2 saylı terminalından uçuş və 16.45-də Ər-Riyada eniş. Geriyə uçuş saat 17.30-da olacaq və Dubaya saat 20.20-də enəcək. Ər-Riyaddan Dubaya uçuşlar 123 ABŞ dollarından, Cəddaha isə uçuşlar 156 ABŞ dollarından başlayacaq. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və kiçik noutbuk üçün çanta yaxud əl çantası daxildir. Ər-Riyaddan Dubaya biletin qiyməti 112 ABŞ dolları, Cəddahdan Dubaya isə 145 ABŞ dolları təşkil edəcək. Çəkisi 20 kilo olan baqaj yükünün qiyməti 14 ABŞ dolları təşkil edəcək. Ayaqlar üçün geniş yeri olan yerlərə görə əlavə 28 ABŞ dolları ödəmək lazım olacaq. Dubaydan Cəddaha və Ər-Riyada biletləri ?flydubai? şirkətinin İnternet səhifəsindən (www.flydubai.com), telefon mərkəzi (+9714 301 0800) və səyahət agentlikləri vasitəsilə sifariş etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA