Prezident ilham Əliyev sabiq nazir Əli Nağıyevi səfir vəzifəsindən geri çağırıb

img

21-04-2011 [01:11]


Azərbaycan prezident İlham Əliyev Azər Hüseynin Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri, Namiq Əliyevin Gürcüstanda fövqəladə və səlahiyyətli səfir, İsfəndiyar Vahabzadənin Moldovada fövqəladə və səlahiyyətli səfir, Əli Nağıyevin Belarusda fövqəladə və səlahiyyətli səfir vəzifələrindən geri çağırılması haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Azər Hüseyn Gürcüstana, İsfəndiyar Vahabzadə Belarusa, Namiq Əliyev Moldovaya səfir təyin olunub. Qeyd edək ki, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev həmçinin ölkəmizin MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA