Qarabağ ictimai Forumu Sabir Rüstəmxanlının ?Difai fədailəri? kitabının təqdimat mərasimini keçirib

img

20-04-2011 [05:45]


Aprelin 20?də Beynəlxalq Mətbuat Mərkəzində ?Qarabağ İctimai Forumu?nun təşkilatçılığı ilə xalq şairi Sabir Rüstəmxanlının ?Difai fədailəri? kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə Qarabağ İctimai Forumunun rəhbəri Umud Rəhimoğlu açıb. O, kitabı və onun məna yükünü yüksək qiymətləndirərək ?Difai fədailəri?ni istiqlaliyyət haqqında bilgi kitabı adlandırıb. Umud Rəhimoğlu qeyd edib ki, əslində ötən əsrin əvvəlində xalqımızın başına gələn bəlalar, əsrin sonunda unutqanlığımız nəticəsində yenidən təkrarlandı. Millət vəkili Qənirə Paşayeva gənc nəslin bir çox aydınlarımız kimi, Əhməd bəy Ağaoğlunu da hələ də yaxşı tanımadığını böyük təəssüf hissi ilə qeyd edib. O, bu kitabın, Xalq Cümhuriyyəti də daxil olmaqla, böyük bir şərəfli dövrü əhatə etməsini yazıçının üstünlüyü kimi vurğulayıb. Tarixçi alim, Qarabağ İctimai Forumunun üzvü Cəmil Həsənli S.Rüstəmxanlının bütün qələmə aldığı əsərlər kimi bu əsərin də rezonans doğuracağını, gənclərin ictimai şüurunun formalaşmasında böyük rol oynayacağını qeyd edib. Millət vəkili Fazil Mustafa belə bir əsərin yazılması üçün böyük cəsarət tələb edildiyini qeyd edib. O, Əhməd bəy Ağaoğlunu XX əsrin ən böyük mütəfəkkirlərindən biri adlandırdı. Şair Ramiz Rövşən bu tipli kitabların qan yaddaşımızın itməməsi, unudulmaması üçün böyük bir tapıntı hesab etdiyini vurğulayıb. Millət vəkili Flora Qasımova da kitabın əhəmiyyətindən danışaraq sənədli romanın xalq dilində, hər bir oxucu üçün axıcı olan bir üslubda yazılmasını xüsusi ilə qeyd etdi və müəllifə bu mövzuda əsər yazdığına görə öz təşəkkürünü bildirib. Akademik Hətəm Quliyev sözügedən kitabı müəllifin ürəyinin səsi ilə yazdığını və gələcək nəsillərə böyük bir ərməğan olduğunu qeyd edib. Millət vəkili Məlahət İbrahimqızı, tarixçi Şahin Fazil, şairlər Zakir Fəxri, Rasim Qaraca, jurnalist - publisist Vahid Qazi, Ədəbiyyat İnstitutunun əməkdaşları Qurban Bayramov, Rəhim Əliyev və digərləri çıxış edib. Tədbirin sonunda müəllif, S,Rüstəmxanlı verdikləri dəyərə görə tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlıq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA