Məleykə Abbaszadə: "Qəbulla bağlı ?izgüzar? insanlar peyda olur"

img

19-04-2011 [03:36]


TQDK sədri abituriyentləri və onların valideynlərini ehtiyatlı olmağa çağırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Maliyyə Nazirliyini ?Tələbə-məzun? elektron dövlət məlumat bazasına qoşub. TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda digər nazirliklərin də bu sistemə qoşulması üçün iş aparılır. M.Abbaszadə qəbul kampaniyası ərəfəsində abituriyentləri və onların valideynlərini ehtiyatlı olmağa da çağırıb: ?Çox təəssüf ki, qəbulla bağlı ?işgüzar? insanlar peyda olur. Çox zaman valideynlər kiminsə toruna düşüb hansısa dələduzların qurbanı olurlar. Sonda isə nə uşaqlar məktəbə qəbul olunur, nə də həmin dələduzlar tapılır. Biz kifayət qədər vəsait çap edirik ki, valideynlər, abituriyentlər qərar verəndə düşünsünlər. Uşaqlar mütləq Azərbaycan Tibb Universitetinə qəbul olmamalıdır. Hər bir uşaq üçün maksimum bal var. Uşaqlar üçün ixtisas seçimi edəndə bunu nəzərə almaq lazımdır?. M.Abbaszadə TQDK-nın nəşrlərinin saxta variantlarının yayılmağa davam etdiyini söyləyib: ?Biz özümüz də belə adamların qurbanı oluruq. TQDK-nın vəsaitləri bu qurumun intellektual məhsuludur, biz buna görə vergi ödəyirik. Amma bu nəşrlərin də saxtaları olur. Həmin saxta nəşrlərdə səhvlər çox olur. Ona görə də mən vətəndaşlara müraciət edirəm ki, belə jurnalları almayın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA