Hava buludlu olacaq

img

19-04-2011 [12:52]


Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Bakıda gecə 7-9?, gündüz 20-22? isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 6-11? isti, gündüz 20-25?, bəzi yerlərdə 28?-dək isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Temperatur gecə 1-5?, gündüz 13-18? isti təşkil edəcək. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Temperatur gecə 6-10?, gündüz 18-23? isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Temperatur gecə 4-9? isti, gündüz 17-22? isti, dağlarda gecə 0-4? isti, gündüz 12-17? isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperatur gecə 6-11?, gündüz 21-26? isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Temperatur gecə 7-11?, gündüz 19-24? isti, dağlarda gecə 3-6? isti, gündüz 15-19? isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında küləkli hava şəraiti və meteoroloji amillərin dəyişikliyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA