Qəbul imtahanlarının vaxtı açıqandı

img

19-04-2011 [12:18]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. Belə ki, III ixtisas qrupu üzrə imtahanlar 3 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində keçiriləcək. I qrup üzrə qəbul imtahanları 10 iyulda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, IV ixtisas qrupu üzrə 16 iyulda Bakı, Naxçıvan, Gəncə, Lənkəranda, II ixtisas qrupu üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə, Şəki şəhərlərində keçiriləcək. Abituriyentlər ixtisas seçimini 24 iyul - 2 avqust tarixləri arasında həyata keçirə biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA