Azərbaycan Rabitə və informasiya Texnologiyaları Nazirliyi qəbul elan edib

img

19-04-2011 [11:54]


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizə formasını və ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet-səhifəsinin (www.mincom.gov.az) ?Vakansiyalar? bölməsindən əldə etmək olar. Ərizələrin qəbulu 2011-ci ilin aprelin 14-dən 2011-ci ilin aprelin 28-dək saat 18:00-dək Nazirliyin Kadrlar və əməyin mühafizəsi sektoru tərəfindən aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA