QHT sədri Cənubi Qafqaz gənclərinin korrupsiya ilə mübarizəsi mövzusunda məruzə edəcək

img

18-04-2011 [02:34]


?Demokratik İslahatçı Gənclər? İctimai Birliyi (DİGİB)-nin sədri Vüsalə Hüseynli 26 aprel-1 may tarixində Kenyanın paytaxtı Nayrobidə keçiriləcək ?Gənclərin II Global Antikorrupsiya Forumunda? qatılacaq. V.Hüseynlinin bildirdiyinə görə, Forumda DİGİB sədri Cənubi Qafqazın üç ölkəsinin gənclərinin korrupsiya ilə mübarizə ilə bağlı məruzə ilə çıxış edəcəkdir: ?Dünya Bankının dəstəyi ilə fəaliyyət göstərən şəbəkənin birinci Forumu Brüsseldə baş tutub. İkinci Forum isə Kenyanın paytaxtında reallaşacaqdır. Təbii ki, bu Forumda ekspert qismində Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan QHT sədrinin məruzə etməsi bizim üçün məsuliyyət və etimaddır. Eyni zamanda, Forum çərçivəsində bir neçə beynəlxalq təşkilatların, eyni zamanda, Dünya Bankının rəsmiləri ilə görüşlərin də keçirilməsi planlaşdırılıb?. Xatırladaq ki, ?Demokratik İslahatçı Gənclər İctimai Birliyi?Gənclərin Qlobal Antikorrupsiya Şəbəkəsi?nə 2010-cu ildən tam hüquqlu üzv kimi təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA