17-04-2011 [06:01]
Aksiyada polis etirazçılara qarşı zorakılıq edir. 100-lərlə etirazçı həbs olunub. Azərbaycan Xalq Partiyasının lideri, sabiq deputat Pənah Hüseyn və müsavatçı professor Aqil Qeybulla polislər tərəfindən həbs olunanlar arasındadır.
Polislər bir neçə jurnalist Şahvələd Çobanoğlu, Natiq Cavadlı və Rövşən Hacıyevi ?Azərtac?ın qarşısından əl və ayaqlarıyla vura- vura uzaqlaşdırıblar. ?Azərtac? Dövlət Teleqraf Agentliyinin qarşısında yerli televiziyalardan şikayətlənən bir nəfəri polis saxlayıb. AzadlıqRadiosunun müxbiri bildirir ki, həmin ərazidə hər adama bir mülki geyimli şəxs var. İctimai Palata polis tərəfindən saxlanılanların siyahısını yayıb. İctimai palata Aksiyada 60-a yaxın şəxsin saxlandığını deyir.
AXCP 50-yə yaxın fəalının həbs olunduğunu deyir. AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib ki, saxlananlar arasında AXCP sədrinin müavini Gözəl Bayramova, AXCP Naxçıvan Təşkilatının sədri Asəf Quliyev, AXCP sədrinin müşaviri Şakir Abbasov, AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova, AXCP funksionerləri Ramiz Əhədov, Səadət Qabilqızı da var. Onları Yasamal və Nəsimi polis bölməsinə aparıblar.
Müsavat Partiyası 17 aprel mitinqində polisin 100 nəfərə yaxın aksiya iştirakçısını saxladığını bildirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan bəyanatda deyilir ki, saxlananlar əsasən Nəsimi Rayon Polis İdarəsinə aparılıblar: ?Bir sıra aksiya iştirakçısına qarşı zorakılığa yol verilib və onlar avtobuslarda, polis idarəsində döyülüblər. Saxlananların bir qrupu şəhər kənarına aparılaraq orada sərbəst buraxılıblar?.
Müsavat Partiyası bütün bunları ölkədə demokratiyaya, vətəndaşların sərbəst toplaşmaq azadlığına və siyasi hüquqlarına qarşı növbəti qəsd kimi dəyərləndirir və saxlananların dərhal azadlığa buraxılmasını, dinc insanlara qarşı zorakılıq edənləri və buna göstəriş verənlərin cəzalandırılmasını tələb edir.
1. Hüseyn Məlik - Müsavat Partiyası Səbail rayon təşkilatının sədri
2. Füzuli Cərullayev - Müsavat Partiyasının Səbail rayon təşkilatının üzvü
3. Rasim Abbasov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
4. Faiq Qasımov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
5. Əliş Əziz - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
6. Əhliman Hüseynli - Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü
7. Sənani Məmmədli - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
8. Sabit Hacılı - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
9. İzzət Məmmədov - Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının sədri
10. Zahir Feyzullayev - Müsavat Partiyası Abşeron rayon təşkilatının sədri
11. Əlihüseyn Ağayev - Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü
12. Elman Türkoğlu - KXCP üzvü
13. Cavid Möcətli - bitərəf
14. Hacıbala Abdullayev - bitərəf
15. Fuad Talıbov - bitərəf
16. Hüseyn Heydərov - bitərəf
17. Elşad Budaqov - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü
18. Rauf Məmmədov - Müsavat Partiyası Gənclər Təşkilatının fəalı
19. Fəxrəddin Abbas - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü
20. Nurlan Qasımov - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü
21. Afət Hüseynov - Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü
22. Ağanəcəf Cəbrayılzadə - bitərəf
23. Vidadi Feyzi - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini
24. Aqil Həsənov - Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü
25. Pənah Hüseyn - İcitmai Palatanın Koordinasiya Şurasının üzvü
26. Ayaq İmranoğlu - şair, Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü
27. Rahib Ümman - şair, bitərəf
28. Cahid İmanov - Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü
29. Etibar Salmanlı ? ?Nida? Vətəndaş Hərəkatının üzvü
30. Niyaz Nəsirov - Müsavat Partiyası Xətai rayon təşkilatının sədr müavini
31. Eynulla Əzizov - Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü
32. Rüfət Əliyev - bitərəf
33. Niyaməddin Musayev - bitərəf
34. Bəxtiyar Tağıyev - Müsavat Partiyası Nizami rayon təşkilatının üzvü
35. Şahin bəy - Müsavat Partiyası Nizami rayon təşkilatının üzvü
36. Toğrul - gənc fəal
37. Fuad Hacıyev - ?Nida? Vətəndaş Hərəkatının üzvü
38. Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
39. Vasif Sadıqov - bitərəf
40. Nəriman Nəzərov - xəstə yanına gedən
41. Kərim Şükürov - xəstə yanına gedən
42. Adı dəqiqləşdirilməyən müəllim - Müsavat Partiyası Masallı rayon təşkilatının üzvü
43. Ramiz Əhədov - AXCP üzvü
44. Tağıyev Fədai - KXCP üzvü
45. Fikrət Cəfərov - KXCP
46. Ağasif Şakiroğlu
47. Qiyas Sadıqov - AXP
48. Nazim Əliyev - Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü
49. Əliqəmə Xəlilov - Müsavat Partiyası Qubadlı rayon təşkilatının üzvü
50. Adil Qeybulla - Müsavat Partiyasının üzvü
51. Yaşar Türkazər - Müsavat Partiyasının üzvü
52. Əli Qarayev - Müsavat Partiyasının üzvü
53. Gözəl Bayramova (AXCP sədrinin müavini) və daha 8 nəfər qadın
54. Roder Strit - İsveçdən olan jurnalist
55. Şarlotta Uijkstrom - İsveçdən olan jurnalist.
Təşkilatçılarin verdiyi son məlumata görə, aksiya ərzində 300 nəfər yaxın adam saxlanılıb.